Yaşı 65-dən yuxarı şəxslərin hərəkətinə qoyulan qadağa ilə bağlı RƏSMİ AÇIQLAMA

33

“Bakıda restoranların fəaliyyəti qadağandır. SMS icazələri qüvvədədir. 65 yaşına qadağa isə bütün ölkədə qüvvədədir”.

Hurriyyet.org xəbər verir ki, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, mümkündür ki, mayın 11-dən sonra 65 yaşından yuxarı şəxslərin hərəkətinə qoyulan qadağaya yenidən baxılsın: “Növbəti mərhələdə 65 yaşla bağlı yumşaltma, yaxud sərtləşmə barədə qərar qəbul edilə bilər. Bu, situasiyadan asılı olacaq”./apa/