“Yasamaldakı həmin ərazi mənim dairəm deyil” – Erkin Qədirli

189

Yeni Yasamaldakı videoda polisin davranışı ilə bağlı ilk baxışdan görünən pozuntular:

1) mülkiyyətə və özəl həyata qanunazidd müdaxilə;

2) gücün qeyri-mütənasib tətbiqi;

3) saxlanma qaydalarının pozulması.

Bununla belə, oradakı bəzi sakinlərin polisə qarşı davranışı da düzgün olmayıb. Bunu da qınamaq gərəkdir. Amma bu, polisin oradakı davranışına haqq qazandıra bilməz.

Bu gün xeyli jurnalist hadisənin deputat olduğum dairədə baş verdiyi gümanıyla mənə zəng edib. Özlərinə də dedim, burada da yazım – ora mənim dairəm deyil. \\Pravda