Yasamalda qadına qarşı iyrənc əməl – Küçədə hücum etdilər və…

    6

    Bakıda soyğunçuluq hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, dünən metronun 20 Yanvar stansiyasının yaxınlığında – M.Həsənov küçəsində Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edilərək içərisində 65 ədəd qol saatı və 10 ədəd ətir olan çantasını soyğunçuluq yolu ilə əlindən alınıb.

    Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılıb.

    Yasamal RPİ tərəfindən araşdırma aparılır.