Yasamalda avtomobil ahıl kişini vuraraq xəsarət yetirdi

81

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 1959-cu il təvəllüdlü Müslüm İsayevi avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.