Yasamal qəbiristanlığında YANĞIN – YENİLƏNİB

18

Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.