Yardımlıda meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edildi – YENİLƏNİB

    21

    Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib.
     

    Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

    ***

    Yardımlı rayonu ərazisində meşə yanğını başlayıb.

    Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlaması barədə məlumat daxil olub.

    Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.