Yardımlıda xüsusi reyd: 33 mobil qrup…

90

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Yardımlı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 33 mobil qrup tərəfindən mütəmadi reydlər keçirilir.

Reydlər zamanı vətəndaşlara, ictimai iaşə obyektində çalışan şəxslərə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə etmələri, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunur, xüsusi karantin rejimi qaydalarını pozanlar barədə ciddi tədbirlər görüləcəyi bildirilir.

Bununla yanaşı, vətəndaşların daha çox müraciət etdiyi dövlət orqanlarının, “Azərpoçt” MMC-nin rayon şöbəsinin, “Kapital Bank”ın filialının və bir sıra xidmət təşkilatlarının inzibati binaları, apteklər, marketlər, bərbərxanalar, gözəllik salonları, bankomatlar, ödəniş terminalları və bütün yaşayış məntəqələri mütəmadi olaraq dezinfeksiya edilir. \\Axar