Yardımlıda ağır qəza: ölən və yaralananlar var

174

Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib.

Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb. Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.