Yaponiyada sel fəlakəti onlarla insanın ölümünə səbəb oldu

54

Hurriyyet.org xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsində sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. Kyuşu rayonundakı Kuma çayının daşması bəzi körpülərin çökməsinə, ağacların aşmasına və minlərlə evin suyun altında qalmasına səbəb olub. Kyuşuda yaşayan 1,3 milyon insanın evakuasiya edilməsi çağırışı edilib.

Hurriyyet.org