Yaponiyada səkkiz dildə danışan və sosial məsafəni qoruyan maska istehsal ediləcək – 40 DOLLARA SATILACAQ

31

Hurriyyet.org xəbər verir ki, Yaponiyanın “Donut Robotics adlı” texnologiya şirkəti səkkiz dilə tərcümə etməyi bacaran və sosial məsafəni qoruyan maska istehsal edib. Maskanı taxan insanın səsi mikrafon vasitəsi ilə ucaldığı üçün sosial məsafə saxlamaq daha da asanlaşacaq. Maska həm də sözləri yapon dilindən səkkiz dilə çevirə bilir.

Plastik və silikondan hazırlanmış maska standart üz maskasının üstündən taxılır. Elektron maskanın ağız hissəsində deşiklər olduğundan koronavirusdan birbaşa müdafiə eləmir, virusdan qorunmaq üçün adi maska da taxmaq lazım gəlir.

Maska “bluetooth” köməyi ilə cip telefonu və ya planşetə qoşulur, taxan şəxsin danışdıqlarını mətn mesajlarına çevirir və səsləndirir.

40 dollara satılacaq

Şirkətin baş icraçı direktoru Taisuke Ono, “C-mask” adını verdikləri maska barəsində bunları söyləyib: “Bu maska söylədiklərinizi yazıya çevirir və oxuyur”.

Maskada istifadə edilən proqramın əslində robotlar üçün hazırlandığı, lakin koronavirus epidemiyası başlanandan sonra şirkətin bu proqramı maskalarda tətbiq eləməyi qərara aldığı bildirilir.

Maskanın sentyabrda satışa çıxarılacağı və qiymətinin 40 dollar olacağı xəbər verilir.

Hurriyyet.org