Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi

387

Yaponiyada, ənənəvi olaraq bitən ilin simvolu olan heroqlif seçilib. Bu 2020-ci ildə “sıx”, “dar” mənasını verən “Mitsu” simvolu oldu. Bu barədə “RİA Novosti” xəbər yayıb.

Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı məmurlar tərəfindən “üç Mitsu” (“sanmitu” və ya “Mitsu-no Mitsu”) ifadəsi çox işlənib. Bir çox şəhərlərdə isə “üç mitsu” təsviri olan bannerlər asılıb. Seçim koronavirus pandemiyası üçün üç tövsiyə – insanların sıx toplaşdığı yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.

Qeyd edək ki, heroqlif ənənəvi olaraq Kyotodakı “Kiyomizu-dera” Buddist məbədinin xadimi tərəfindən böyük fırça və mürəkkəblə kağız kətan üzərində çəkilib. Ötən ilin simvolları olan heroqriflər Yaponiyada 1995-ci ildən bəri seçilir. Belə bir ənənə Çində də mövcuddur.