Yaponiyada 100 yaşdan yuxarı sakinlərin sayı 80 mini keçib

42

Yaponiyada yaşayan 100 yaşdan yuxarı insanların sayı 80 mini ötüb. “Report” TASS-a istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin çərşənbə axşamı yayımladığı məlumatlar bunu göstərir.

Qeyd olunur ki, hazırda Yaponiyada 100 yaşdan yuxarı 80 450 nəfər yaşayır. Son bir ildə bu rəqəm 9 176 nəfər artıb. Maraqlıdır ki, uzunömürlülərin 88%-ni qadınlar təşkil edir – 70 975 nəfər. Nazirliyin məlumatına görə, ölkənin ən yaşlı qadınının 117 yaşı var, o, Fukuoka prefekturasında yaşayır. Ən yaşlı kişinin isə 110 yaşı var, o, Nara prefekturasında yaşayır.

Xatırladaq ki, Yaponiyada 100 yaşdan yuxarı insanların sayı keçən il ilk dəfə 70 000 həddini keçmişdi. Ekspertlərin fikrincə, ölkədə mövcud demoqrafik problemlər davam edərsə, 2053-cü ilə qədər Yaponiya əhalisi 100 milyon nəfərə, 2065-ci ilə qədər isə 88 milyon nəfərə qədər azalacaq və əhalinin 38%-i 60 yaşdan yuxarı insanlar olacaq. Hazırda ölkənin 127 milyon nəfər əhalisi var.