YAPONİYA FƏLƏSTİNİ DƏSTƏKLƏDİ

    18

    Hurriyyet.org xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ölkəsinin Tel Əvivdəki səfirliyini Qüdsə köçürməyəcəyini bildirib.

    Abe Yaxın Şərq səfəri çərçivəsində Fələstini də ziyarət edib, Fələstin dövlətinin başçısı Mahmud Abbasla görüşüb. İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində keçirilən görüşdə iki ölkə liderləri qarşılıqlı əlarələrdən və Fələstində baş verən son hadisələrdən danışıblar.

    Baş nazir Abe Yaponiyanın Fələstinə yardım etməyə davam edəcəyini bildirərək İsrail-Fələstin məsələsində ikidövlətli həll məsələsini dəstəklədiklərini qeyd edib. Yaponiya baş naziri deyib: “Yaponiya, Tel-Əviv səfirliyini Qüds şəhərinə köçürməyəcək”.

    Mahmud Abbas iki ölkə arasındakı dostluğu diqqətə çəkərək, Yaponiya dövlətinin Fələstinə hər sahədə verdiyi dəstək üçün Abeyə təşəkkürünü bildirib.

    Mahmud Abbas da Fələstin tərəfinin 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan ikidövlətli həll yolunun tərəfdarı olduqlarını söyləyib.

    Şinzo Abenin bu gün de İsrailə rəsmi səfər edəcəyi gözlənilir.

    Hurriyyet.org