Yaponiya Kuril adaları ilə bağlı Rusiyaya nota verdi: “Qəbuledilməzdir”

354

Hurriyyet.org xəbər verir ki, yaxın günlərdə Yaponiyanın şimalındakı Kuril adalarına ilk dəfə S-300 müdafiə sistemi yerləşdirən Rusiyaya etiraz notası verilib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Yaponiyanın baş katibi Kato Katsuobu keçirdiyi mətbuat konfransında Hokkaydonun şimalındakı Kuril araladından biri olan Etorofu adasına S-300 müdafiə sistemi yerləşdirən Rusiyaya etirazını bildirib. Kato deyib: “Bu sistemlərin yerləşdirilməsi, ölkəmizin şimal bölgələrində Rusiyanın hərbi fəallığını artırır. Bu vəziyyət ölkəmizin adalarla bağlı mövqeyimizə uyğun deyil və qəbuledilməzdir”.

Diplomatik yollardan etiraz notası verildiyini qeyd edən Kato Etorofuya raket sistemi yerləşdirməyə icazə verilməyəcəklərini bildirərək deyib: “Şimal bölgələri daxil olmaqla, Uzaq Şərqdə Rusiyanın hərbi meyllərini və bunun təhlükəsizlik baxımından nəticələrini yaxından müşahidə eləməyə davam edəcəyik”.

Hava məkanının pozulduğu iddiası

Rusiya Müdafiə Nazirliyi regionda Rusiya hava məkanının pozulduğu ssenariləri ilə bağlı, Kuril adalarına S-300 hava sistemlərinin son versiyası olan S-300V4 sisteminin yerləşdirildiyini bildirib.

İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı Yaponiyanın Sakit Okean ilə Oxotsk dənizini bir-birindən ayıran təqribən 1300 kilometrlik Kuril adalarını 1945-ci ildə ilhaq eləmişdi.