Yaponiya ilə böyük sövdələşmə – ABŞ TARİXİNDƏ REKORD OLACAQ!

117

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Yaponiyaya 23,11 milyard dollar dəyərində 105 ədəd F-35 tipli 5-ci nəsil hərbi təyyarəsinin satılmasına razılıq verib. Bu sövdələşmə həyata keçərsə, ABŞ tarixinin ən böyük satışı kimi tarixə düşəcək.

ABŞ Müdafiə Təhlükəsiliyi Əməkdaşlığı Agentliyindən verilən açıqlamada deyilir: “Xarici İşlər Nazirliyi Yaponiyaya Xarici Hərbi Satış çərçivəsində 23 milyard 11 milyon dollar dəyərində 105 ədəd F-35 Müştərək Hücum Təyyarəsi və müvafiq ləvazimatların satılmasına qərar verib”.

Bu sövdələşmənin baş tutacağı təqdirdə Səudiyyə Ərəbistanına 2010-cu ildə 29 milyard dollarlıq hərbi ixracdan sonra ABŞ tarixindəki ən böyük satış olacağı bildirilir.

Hurriyyet.org