YAP Siyasi Şurasının üzvü Tarif Şurasına müraciət etdi: “Qiymətləri aşağı salın”

483

Tarif Şurasına təklif edirəm ki, pandemiyanı və karantini nəzərə alaraq vətəndaşların kommunal xərclərinin – su, işıq və qaz sərfiyyatınnın artmasını əldə əsas tutaraq müvəqqəti olaraq qiymətləri aşağı salsın. Bu, vətəndaşlara böyük kömək olardı”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.

“Karantin dövründə insanlarımızın maddi durumu ağırlaşır, gəlirləri aşağı düşür, ehtiyac səbəti azalır . Çox hörmətli Tarif Şurası, bəlkə düşünəsiniz” – M.Musayev müraciət ünvanlayıb. \\Pravda.az