Ər arvadı ilə dalaşdı, evi yandırdı

    24

    Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra yandırıb. Yaxınları bildirib ki, içki aludəçisi olan Y. Qafarov son günlər evdə tez-tez dava-dalaş salır və bu barədə hətta Ucar rayon Polis Şöbəsinə də məlumat verilib. Lakin onun barəsində heç bir tədbir görülməyib. Hadisənin dəqiq baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.