"Yandex" şirkətinin səsli köməkçisi sayılan "Alisa"nın azərbaycanlılarla bağlı verdiyi cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, videoda kişinin rus dilində "Azərbaycanlılar kimlərdir?" sualını səsləndirdiyi görünür.
Proqram cavab verir:
"Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub…"