Yanacaqdaşıyan maşın alovlandı – ŞƏKİDƏ

    15

    Bu gün Şəki şəhərində yanğın qeydə alınıb.

    Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, “Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib. Nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.