“Yalnız İrəvan bölgəsində ermənilərin status məsələsi müzakirə oluna bilər”

93

Yasəmən Qaraqoyunlu: “…O da bu şərtlə ki, Azərbaycanın içərisində İrəvan bölgəsi konfederativ formada birləşəcək

“SSRİ dövründə verilmiş bütün torpaqların geri alınması məsələsi qoyulmalıdır”

“Bakıda, Şamaxıda, Lənkəranda və s. bölgələrdə 2 milyon türkü qətl edən, diri-diri yandıran, torpağa basdıran erməniyə bu gün Qarabağda statusmu veririk?”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə institutunun əməkdaşı, Bütöv Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunludur. Onunla söhbətimizdə ölkəmizdə yaşayan ermənilərin status məsələsini müzakirə etdik.

(Əvvəli ötən sayımızda)

– Əslində, elə görünən də budur ki, ermənilər harada olublarsa, türkün başına bəla olublar. Dediyiniz kimi, bunların istəyi muxtariyyət məsələsi deyil. Bunlar elə Ermənistan dövlətinin əsasını muxtariyyətlə qoymadılarmı? O dövlət deyildi ki,  öz müqəddəratını tanımaq kimi balaca bir muxtariyyət verildi və bu gün nəinki Qafqazın, Yaxın Şərqin başına problem olublar.

– Bu gün ermənilər Gürcüstanın Cavaxetiya bölgəsinə iddia irəli sürürlər, Türkiyənin Anadolu bölgəsinin Qərbi Ermənistan adlandırırlar. Belə başa düşürəm ki, bu yaranı Türkiyə ilə Azərbaycanın arasından silib atmaq zamanı gəldi. Hazırda Qafqazların və Orta Doğunun inşası gündəmə gəlib. Qafqazlardakı və Yaxın Şərqdəki siyasi inşanı ingilislər, fransızlar və ruslar yaratmışdılar.

Artıq yeni bir çağ başlamışdır. Qərbin və Rusiyanın qurduğu dünya düzəni dəyişib. Artıq bizim də iradəmizlə yeni bir dünya düzəni qurulması prosesi başlayıb və Qafqazlarda, Yaxın və Orta Doğuda, Xəzər, Aralıq dənizi, Qara dəniz bölgəsində yeni siyasi inşadan söhbət gedirsə, orada Türkiyənin və Azərbaycanın iradəsi olacaq. Ermənilər gözləsinlər ki, onları biz hətta İrəvan bölgəsindən belə çıxarıb atmayaq. Gəlmə xalq kimi mən Azərbaycan televiziyalarında dəfələrlə çıxış edərək qeyd edirəm ki, baxın, 8-13 əsrlərdə İspaniyada bir hərəkat başlamışdı. Pireney yarımadasını işğal edən ərəblərə qarşı ispanlar yerli hərəkat başlatdılar. Təmizləmə hərəkatı. Bu hərəkatın adı tarixdə “Rekonkista hərəkatı” gedir. Yəni ispandilli xalqlar dedilər ki, siz ərəblər Pireney yarımadasına gəlib işğal etmisiniz. Siz buradan getməlisiniz və 3 milyon ərəbi Pireney yarımadasından atdılar. Həmin “Rekonkista” hərəkatını da biz başlatmalıyıq. 2,5 milyon erməni Qafqaz coğrafiyasından silinib atılmalıdır.

Rusiya məsələsinə gəlincə, bu gün ermənilər Krasnodarda muxtariyyət tələb edir. Əgər Rusiya ermənilərə dövlət qurmaq istəyirsə, Krasnodarda dövlət qursunlar. Biz ermənilərə dövlət qurmaq siyasətindən əl çəkməliyik.

– Əslində ermənilər Volqa boyuna gəlməli idilər. Qriboyedovun o kəlməsi ki var, “bunlar hara düşdüsə, dədə-baba yurdu kimi özəlləşdirəcəklər”, indi bizim başımıza bəla ediblər.

– Çox doğrudur. Mən Azərbaycan ordusunu və siyasətini, Türkiyə siyasətini “Rekonkista” hərəkatına çağırıram. Qafqazda Ermənistan adlı bir dövlətin qurulmasına yol vermək olmaz və Qafqazda ermənilərin yaşamasına yol vermək olmaz. Yaşayırlar – Türkiyədə, Gürcüstanda, Azərbaycanda vətəndaş kimi. Suriyada, Fransada, Livanda necə yaşayırlarsa, o şəkildə yaşasınlar. Bizim torpaqlarımızda onlara dövlət qurula bilməz. Bunu da vurğulayım ki, Azərbaycan tərəfi yalnız bir dəfə ermənilərə güzəştə gedib – 1918-ci ildə Batum müqaviləsi ilə. O güzəştə gedilən torpaqlar 9 min kv.km idi. Amma SSRİ rəhbərliyinin, rusların öndərliyi ilə SSRİ-nin içindəki Azərbaycan torpaqları işğal edildi, türklər etnik təmizləməyə məruz qaldı. Bu gün bizim işğal edilmiş torpaqlarımız yalnız Qarabağ və 7 rayon deyil. Bizim ermənilərə güzəştə getdiyimiz torpaq 9 min idisə, bu gün Ermənistanın ərazisi 29,8 min kv.km-dir. Baxın, görün nə qədər fərq var. SSRİ dövründə verilmiş bütün torpaqların geri alınması məsələsi qoyulmalıdır, nəinki Azərbaycanda ermənilərə status. Ermənilər yalvarsınlar ki, biz Qafqazda onlara hər hansı bir status verməyə razılaşaq, ya yox. Ona görə, bu söhbət ümumiyyətlə Azərbaycanda tamamilə yığışdırılmalıdır. İnternet kəsintisi üzündən biz olanları tam izləyə bilmirik, amma mən eşitmişəm ki, bir neçə nəfər çıxıb televiziyaya, Azərbaycanda ermənilərə statusun verilməsindən danışır. Onu da bildirim ki, Azərbaycanda çoxlu ölkələrin “5-ci kolon”ları işləyir. Çox güman ki, Azərbaycanda ermənilərə hər hansı statusun verilməsini o kolonlar gündəmə gətirir. Gətirməyin. Ermənilər Azərbaycanla Türkiyə arasında “tampon bölgə” kimi ona görə salınıb ki, Türkiyə Azərbaycandan və Türküstandan ayrılsın. Baxın, “Hizbullah”ın rəhbərinin və İran rəsmilərinin internetdə çıxışları yayıldı, deyildi ki, biz ermənilərə ona görə yardım edirik ki, Türkiyə ilə Azərbaycan birləşməsin, Türkiyə Qafqazlara, Türküstana girə bilməsin. Əgər Türkiyənin Qafqazda və Trüküstanda güclənməsini, Turanın qurulmasını, Türk dünyasının yenidən Avropa Birliyi şəklində şəkillənməsini istəyiriksə, bizim ortamızda işğalçı, gəlmə, bizim coğrafiyamıza dəxli olmayan bir erməni dövləti yaşaya bilməz.

– Bu gün bizi hədəfə alan ölkələrə, xüsusən də Fransaya, Rusiyaya sorulmalıdır ki, türk dünyasının arasında Ermənistan yaratmaqla sənin məqsədin nə idi…

– Ermənilər 2,5 milyon türkü Türkiyə coğrafiyasında, 2 milyonu Qafqaz coğrafiyasında və 300 min türkü Güney Azərbaycanın Urmu bölgəsində, 3 mindən çoxunu da Fərqanədə şəhid ediblərsə, Fərqanəyə gedərək orada SSRİ əleyhinə müstəqillik mübarizəsi aparan türklərə qarşı da soyqırım ediblər. Əgər fransızlar və rusların yüzcə nəfərinə qarşı ermənilər soyqırım etsəydilər, Rusiya həmin erməniləri yer üzündən silər. Əgər erməni 50 nəfər fransızın başını kəssə, fransızlar o ermənini Fransadan yox edər. Əgər ABŞ-a qarşı ermənilər üsyan qaldırsalar, ABŞ-da erməni dövlətinin qurulmasına qalxsalar orada bir erməni qalmaz, onları sürgün edib, məhv edərlər. Bəs biz nə etdik… Toplam 5 milyona yaxın türkü öldürən ermənini Osmanlı dövlətində sadəcə sürgün etdik ki, dövləti arxadan vurmasınlar. Bakıda, Şamaxıda, Lənkəranda və s. bölgələrdə 2 milyon türkü qətl edən, diri-diri yandıran, torpağa basdıran erməniyə bu gün Qarabağda statusmu veririk? Axı o Qarabağda erməni o statusu alandan 100 il sonra bizim övladlarımıza eyni problemi yenidən yaşadacaqlar. Necə olur ki, 5 milyona yaxın türkü soyqırıma uğratmış, vəhşicəsinə qətl etmiş bir millət bizim torpaqlarımızda status əldə edə bilir? Bizim nə haqqımız var o statusu verməyə? Ermənilər nəinki Azərbaycandan, Qarabağdan Qafqazdan, İrəvandan sürülüb getməlidir. İrəvan mənim şəhərimdir. Mənim öz şəhərimə iddiam var.

– İndi Gürcüstanda ermənilərin yaratdığı problemləri vurğuladınız. Həqiqətən də bu gün Gürcüstanda elə bir durum yaranıb ki, bunlar hətta ali rütbələrə belə sirayət edə biliblər…

– Azərbaycanda da SSRİ dövründə davamlı olaraq hakimiyyətdə ermənilər fəaliyyət göstərib. Ermənistan dövləti 9 min kv.km-dən 29,8 kv.km-ə Azərbaycan hakimiyyətində təmsil olunan həmin ermənilərin əli ilə nail olub. Üzümü buradan İlham Əliyevə tuturam, savaş bitsin, Azərbaycan hakimiyyətini ermənisizləşdirməliyik. Azərbaycan düşmənlə doludur. Azərbaycanın içi tamamilə “5-ci kolon”dan təmizlənməlidir.

-Xatrılayırsınızsa, Gürcüstanla Azərbaycanın arasında iğtişaş yaratmaq üçün Axalkələkdə erməniyə heykəl qoydular. Az qaldı ki, dövlətlər arasında inciklik yaransın. Ona da o şəraiti yaradan Gürcüstan hakimiyyətinə yerləşən ermənilər idi ki, gürcülər ona “3 manatlıq ermənilər” deyir. Durum orada da dəhşətlidir…

– Məncə, gürcü hökuməti Cavaxetiyada hər hansı muxtariyyət qurma cəhdlərini darmadağın etməlidir. Bu xalqın Qafqazda heç vaxt dövləti olmayıb. Bu xaql nə böyük bir tarix, nə mədəniyyət yaradıb. Onlar kiçik icmalar şəklində Yaxın və Orta Şərq coğrafiyasına səpələnib yaşayıblar. İndi gəlib bizim torpağımızda dövlət qurmaq haqqını onlara kim verib? Getsinlər dövlətlərini Livanda qursunlar.

– Bunları o qədər aldadlblar ki, “siz böyük xalq olmusunuz”, onlar da inanıblar. Bu problemlərdən necə yaxa qurtarmaq lazımdır?

-Kəsinliklə Azərbaycanda ermənilərə hər hansı bir statusun verilməsindən söhbət gedə bilməz. Əksinə axırıncı dəfə Ermənistandan qovulmuş 1 milyon türkün statusundan söhbət gedə bilər. Çünki ermənilər Azərbaycanın Qarabağına da SSRİ rəhbərliyi tərəfindən köçürülüb və Qarabağın etnik-demoqrafik yapısı süni şəkildə ermənilərin xeyrinə dəyişdirilib. Onlar gəldikləri kimi də gedəcəklər. Ermənistanda 1 milyon türkün statusu müzakirə olunmalıdır. Ermənistan ikidilli dövlət olmalıdır. Parlamentində türklər təmsil olunmalıdır. Qafqazda monoetnik Ermənistan dövlətinin qurulmasından söhbət belə gedə bilməz. Amma əgər ermənilər buna razı olmasa, o zaman Ermənistan adlı dövləti Qafqazdan yox etmək gərəkdir. Mən Türkiyədə MHP-nin başkanı Dövlət Baxçalının Azərbaycanda rezonans doğuran bir çıxışını dinlədim. Deyilir ki, biz Zəngəzuru götürməliyik, Naxçıvan-Azərbaycan arasında bir xətt yaratmalıyıq. Bunu dəstəkləyirəm. Amma mən xəttin – Mehri bölgəsinin götürülməsindən danışımıram. Mən deyirəm ki, bütün Zəngəzuru götürək. Mən nəinki Qarabağın işğaldan azad olunmasını, həm də SSRİ vaxtında ermənilərə verilmiş bütün torpaqlarımızın azad olunmasının tərəfindəyəm. Biz 1918-ci ildə Türkiyə və Azərbaycan olaraq, qarşılıqlı razılaşaraq İrəvan bölgəsini güzəştə getmişik. Həmin Batum müqaviləsinə qədərki torpaqlarımızı almalıyıq. Yalnız İrəvan bölgəsində ermənilərin status məsələsi müzakirə oluna bilər. O da bu şərtlə ki, Azərbaycanın içərisində İrəvan bölgəsi konfederativ formada birləşəcək. Batum müqaviləsinin bütün şərtləri pozulub. Türkiyə və Azərbaycan Ermənistanı həmin dönəmin şərtlərinə gətirməlidir. Dövlət Baxçalıya, Ərdoğana, türk ordusuna, Türkiyə hökumətinə təşəkkürlərimi bildirirəm. Amma bir İrəvan Türk Cümhuriyyətini quranlardan biri kimi deyirəm ki, ermənilərə verilmiş bütün torpaqlarımızı almalıyıq.

(Ardı var)

Mən Türkiyədə MHP-nin başkanı Dövlət Baxçalının Azərbaycanda rezonans doğuran bir çıxışını dinlədim. Deyilir ki, biz Zəngəzuru götürməliyik, Naxçıvan-Azərbaycan arasında bir xətt yaratmalıyıq. Bunu dəstəkləyirəm. Amma mən xəttin – Mehri bölgəsinin götürülməsindən danışımıram. Mən deyirəm ki, bütün Zəngəzuru götürək. Mən nəinki Qarabağın işğaldan azad olunmasını, həm də SSRİ vaxtında ermənilərə verilmiş bütün torpaqlarımızın azad olunmasının tərəfindəyəm. Biz 1918-ci ildə Türkiyə və Azərbaycan olaraq, qarşılıqlı razılaşaraq İrəvan bölgəsini güzəştə getmişik. Həmin Batum müqaviləsinə qədərki torpaqlarımızı almalıyıq. Yalnız İrəvan bölgəsində ermənilərin status məsələsi müzakirə oluna bilər. O da bu şərtlə ki, Azərbaycanın içərisində İrəvan bölgəsi konfederativ formada birləşəcək. Batum müqaviləsinin bütün şərtləri pozulub. Türkiyə və Azərbaycan Ermənistanı həmin dönəmin şərtlərinə gətirməlidir. Dövlət Baxçalıya, Ərdoğana, türk ordusuna, Türkiyə hökumətinə təşəkkürlərimi bildirirəm. Amma bir İrəvan Türk Cümhuriyyətini quranlardan biri kimi deyirəm ki, ermənilərə verilmiş bütün torpaqlarımızı almalıyıq.

-150 milyon türkün içində bizimlə şərtlə danışırlar.

-Türk dənizinin içində bizə meydan oxuyacaqlar? Bu türk milləti adına xəyanətdir. Osmanlı dövləti zamanında onlar xəyanət etdilər. Fransızlar, ingilislər, ruslarla birləşərək türk millətinə soyqırım etdilər. Osmanlıya etdiklərinə görə Türkiyədə bu gün bur erməni qalmamalıdır. Bizə qarşı etdikləri soyqırıma görə Azərbaycanda bir erməni qalmamalı idi. Necə ki, Ermənistan adlı uydu dövlətdə bir türk yoxdur, burada da erməni qalmamalıdır. Amma bu gün Gürcüstan vasitəsilə Türkiyəyə 100 mindən çox erməni gedir. Tbilisidən Rize-Trabzon yolunu keçərək əmək miqrasiyası edirlər. Bizim dövlətimizdə işləyərək yaşayırsınız. Bu gün Türkiyədə ciddi erməni mediası, erməni diasporu, kilsəsi, erməni klanı, erməni məhəlləsi və Türkiyə parlamentində erməni deputatlar var. Bəs necə olur ki, Ermənistanda bir türk yoxdur? Etnik təmizləmə harada olub? Biz necə soyqırım etmişik ki, Türkiyədə 100 minlərlə erməni yaşayır, Azərbaycanda 100 min erməni yaşayır. Əgər soyqırım etsəydik məntiqlə siz burada yaşaya bilməzdiniz. Ruslar sizi İrəvana köçürən zaman türklərin 60%-ni soyqırım etmisiniz, 40%-ni köçə zorlamısınız. Kimdir etnik təmizləmə edən? Gələcək nəsillərə erməni problemi qoysaq gələcək nəsillər bizi qınayacaq. Türk dünyasının içində erməni problemi olmamalıdır. Qoy Fransanın içində erməni problemi olsun. Suriya olaylarında Türkiyə neçə milyon Suriyalını köçmən kimi qəbul etdi və onlara sahib durdu?

-3 milyon 800 min.

-Fransızlar Ermənistan adlanan mənim torpağımdakı rusların köçürdüyü 2 minlyon ermənini aparsınlar sahib dursunlar.

-Zatən özləri göndərib.

-Fransa sən kimsən Avropoanın mərkəzindən mənə şərt qoyursan? Fransanın tərkibində 88-dən çox kiçik etnik qruplar yaşayır. Əgər Fransa burada erməni sorununu dəstəkləyəcəksə biz də Fransanın içindəki həmin etnikləriin öz müqəddəratını təyin etmək hüquqlarını tanıyaraq mərkəzdənqaçma hərəkatını dəstəkləməliyik. Eləcə də Rusiyada.

-Azərbaycan –Türkiyə qardaşlığı da göstərir ki, bizim arzuladığımız işlərə start verilib. Türkiyə ordusunun Azərbaycanda yerləşdirilməsi və Azərbaycan ordusunun da Türkiyədə yerləşdirilməsi vacib deyilmi?

-Mən Qarabağ münaqişəsinin çözümü kimi neçə illərdir Azərbaycan tv-lərində, mediada dəfələrlə hökumətə çağırış etmişəm. Necə ki, Rusiyanın Gümrüdə 102-ci hərbi bazası var, Azərbaycanda da türk hərbi bazası yerləşməlidir. Türkiyə ilə Azərbaycanın ortaq hərbi-strateji siyasəti formalaşdırılmalıdır. Eyni zamanda ortaq konfederativ birliyi qurulmalıdır. Aəzrbaycanla Türkiyə konfederativ birliyə getdikdə bu türk gücünün super gücə çevrilməsinə səbəb olacaq. Eyni zamanda AB formasında Türk Federasiyasının qurulmasına zəmin hazırlayacaq. Erməni sorununu bizim içimizə ona görə saldılar ki, Türkiyə, Güney Azərbaycan və Quzey Azərbaycan heç vaxt birləşməsin. Nadir şah Afşar imperiyası ilə Osmanlı imperiyasının birliyi yönündə islahatlar aparmaq istəyirdi. Biz birgə hərbi-strateji platformaya sahib olmalıyıq. Nadir şahın ölümü buna imkan vermədi. Şeyx Cəmaləddin Əfqaninin də belə layihələri var idi. Osmanlı dövlətinə, Qacar dövlətinə davamlı olaraq müraciət edirdi. Hətta layihə hazırlamışdı ki, Nəsirəddin şah Osmanlı sultanı ilə ingilis-fransız müstəmləkəçiliyinə qarşı birlik yönündə pakt imzalasınlar. Bizim tarixdə böyük yanlışlarımız oldu və bizi bir-birimizdən ayırdılar. Türkiyə ilə Quzey Azərbaycan konfederativ birliyə gedəcək və İranda da türklər hakimiyyətə gələcək. Yetər artıq. Üzümü Güney Azərbaycanlılara tuturam. İmkan verməyin farslar ermənilərə yardım etsin. Qarabağ savaşı sadəcə Quzey Azərbaycan savaşı deyil, Qarabağ savaşı türk dünyasının savaşıdır, Quzey Azərbaycanın, Güney Azərbaycanın və Türkiyənin savaşıdır. İlham Əliyev deyirdi ki, mən 50 milyon Azərbaycan türkünün lideriyəm. Əgər belədirsə Qarabağ savaşı həm də Güney Azərbaycanın savaşıdır. Qarabağ savaşı İranın bölünməsi ilə nəticələnəcək. İranda de-fakto fars siyasəti ilə türk siyasəti bölünüb. Biz İranı xəbərdar etmişdik. İran içində farslarla türkləri birləşdirən ikicə ortaq dəyər var. Birincisi şiəlikdir, ikincisi vahid dövlət anlayışıdır. Siz farslar ermənilərə dəstək verməklə şiəliyin də ortaq dövlətin də üstündən xətt çəkdiniz. Siz şiəliyi öldürdünüz. Artıq şiəlik bizi birləşdirən dəyər kimi etibarını itirdi. Siz ermənilərə Şuşada bizim məscidlərdə donuz saxlamağa imkan verdiniz. Siz illərlə Fələstin deyib hayqırdınız. Amma bu bir oyun idi. Qarabağda xristian ermənilərə yardım etdiniz, ama Fələstin deyib bağırdınız. Artıq İran Pers dövlətinin 1979-cu ildən günümüzə qədər bölgəyə yaydığı bütün dini ideologiya özünün iflas dövrünə qədəm qoydu. Şiəlik Azərbaycanda öldü və onu biz yox, perslər ermənilərə dəstək verməklə öldürdü. İkinci, siz İslam Konfransı Təşkilatı içində ermənilərə dəstək verdiyiniz üçün hesab verəcəksiniz. Üçüncüsü də ortaq dövlət deyilən anlayışı öldürdünüz. Qarabağ məsələsi həll olunduqdan sonra olay artıq İranın içinə sıçrayacaq və İran çözüləcək. Mən üzümü Ərdoğana, Baxçalıya tuturam: erməni sorunu ilə bərabər bizim bir də pers sorunumuz var. 1828-ci ildən 1920-ci ilə qədər Ermənistan inşa edilir ki, Rusiya Quzey Azərbaycanı işğalda tuta bilsin. Türkiyə və Türküstan ilə bağları qoparda bilsin. 1847-ci ildən 1945-ci ilə qədər pers İranının strateji layihələri hazırlanır. 1925-dən bu həyata keçir. Qacar imperiyasındakı, Osmanlıdakı və Türküstandakı türkləri bölmək üçün bölgəmizdə iki uydu dövlət-iki xalq peyda oldu. Perslər və ermənilər. Onalrın yaradılma amacları bu idi. İndi biz türk dünyasının güclənməsindən danışırıqsa bu iki xalqla haqq-hesab çürütmək zamanı gəldi. De-fakto ermənilərlə farslar birdir.

Kamran Güllər

Ülviyyə Şükürova