“Yalançı koronavirus” YAYILIB

51

Mütəxəssislər qeyd edirlər ki, bir çox ölkələrdə insanlar həkimlərə “yalançı koronavirusun”simptomları ilə müraciət edirlər.

Tam sağlam və koronavirus infeksiyasına yoluxmamış insanda birdən-birə yüksək qızıdrma, bədəndə ağrılar, təngənəfəslik kimi əlamətlər əmələ gəlir.

Həkimlər bildiriblər ki, bu fenomen əsasən çox həssas, narahat, xəstələnməkdən, koronavirusa tutulmaqdan həddində çox qorxan insanlarda qeydə alınır.

Mütəxəssislər qeyd edirlər ki, belə insanlar koronavirus haqqında daha az oxumalı, fikirlərini müsbət şeylərə yönəltməlidirlər.

Koronavirus qorxusu xroniki stresə səbəb olur. Belə stress isə immun sistemini zəiflədir və koronavirusa yoluxmanın riskini daha da artırır. \\Saglamolun