Türkiyənin Bodrum şəhərində maraqlı hadisə yaşanıb.
Son günlər güclü yağışların yağması şəhərin bir çox yerlərində torpaq sürüşməsinə səbəb olub. Hadisənin yaratdığı fəsadların aradan qaldırılması zamanı isə bəzi yerlərdə Bizans dövrünə aid məzarlıqlar tapılıb. Dərhal aidiyyatı qurumlara xəbər verilib.
Arxeoloqlar tərəfindən məzarlıqda araşdırmalara başlanılıb. \\Metbuat.az