“Yadplanetli deyiləm, buna sübutum da var” – PUTİN

    30

    Canlı efirdə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünün yadplanetli mənşəyi haqda dedi-qodularla bağlı açıqlama verib.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, Putin yadplanetli olmadığını və buna kifayət qədər sübutunun olduğunu deyib:

    "Mənim sübutlarım və doğmalarımın, yaxınlarımın, ən nəhayət, uşaqlarımın timsalında şahidlərim var ki, mən yadplanetli deyiləm".

    Putin "prezident olmaqdan bezmədinizmi" sualına isə belə cavab verib:

    "Mən prezident olmaqdan bezməmişəm. Bezsəydim, növbəti müddət üçün namizədliyimi irəli sürməzdim".