“Ya təhlükəsiz bölgə yaradılsın, ya da Türkiyə əməliyyatla Fərat çayının şərqini təmizləyəcək!”

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Suriya ilə sərhədə hərbçi və texnika topladığı bir dövrdə Ankaraya səfər edən Ceyms Ceffri dünən əvvəl xarici işlər nazirinin müavini Sedat Önel, ardından da müdafiə naziri Hulusi Akar ilə görüşüb. Müzakirələri mövzusu təhlükəsiz bölgə və PYD/YPG/PKK-nın ələ keçirdiyi Menbiç şəhəri olub.

    Hulusi Akar ABŞ-ın bəzi yüksək vəzifəli hərbi və mülki məmurlarının PKK/YPG terror təşkilatının başçıları ilə Suriyada görüşlər keçirdiyindən narahat olduğunu bildirib.

    Türkiyə tərəfi ABŞ nümayəndəsinə 90 gündə başa çatması planlaşdırılan “Menbiç razılaşması”nın 14 aydır ki, həyata keçirilmədiyini xatırladıb, Fərat çayının PYD terror təşkilatından təmizlənməsi məsələsində türk dövlətinin qətiyyətli olduğunu bəyan edib.

    Xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələ ilə bağlı belə deyib: “Oradan təhdid davam edərsə, Fəratın şərqində əməliyyata başlayarıq”.

    Nazirliyin açıqlamasında ABŞ-dan Fərat çayının şərqində təhlükəsiz bölgə yaradılması, PKK/YPG terroçularının həmin təhlükəsiz bölgədən çıxarılması, bölgədəki terrorçulardan ağır silahların toplanması, onların cəbbəxanalarının məhv edilməsi, didərgin salınan suriyalıların evlərinə qayıtmaları üçün şərait yaraılması tələb edilir, Türkiyənin mübarizəsinin kürd, ərəb və digər etnik qruplara yox, İŞİD və PKK/YPG terrorçularına qarşı olduğu bəyan edilir.

    Hurriyyet.org