Hurriyyet.org xəbər verir ki, Yəmənin yeni hökumətinin nazirlərinin ölkəyə girişi zamanı partlayış baş verib. Nazirlər Kabineti üzvlərini gətirən təyyarə yerə enən kimi Ədən aeroportuna üç mərmi atılıb. Mərmilərin biri uçuş-eniş zolağına düşüb. Məlumatı Al Arabiya telekanalı yayıb. Kanal partlayış nəticəsində çox sayda ölənlərin və yaralanların olduğunu bildirsə də, dəqiq statistika yoxdur.
Hadisə nəticəsində bir nazirin öldüyü güman edilir.