Yəməndən işğal açıqlaması. BƏƏ ölkənin cənubunda baza qurur!

63

Hurriyyet.org xəbər verir ki, Yəmənin İnformasiya Nazirliyinin əməkdaşı Məhəmməd Kızyan BƏƏ-nin Yəmənin cənubundakı strateji əhəmiyyətə malik olan Sokotra adasında hərbi baza inşa eləməyə və geniş ərzaziləri mənimsəməyə başladığını bildirib.

Kıyzan separatçı Cənubi Keçid Şurasını dəstəkləyən BƏƏ-nin Yəməndəki nəzarət məntəqələrini və limanlarını ələ keçirərək regiona sahiblənməyə çalışdığını bildirib.

Cənubi Keçid Şurasının döyüşçülərinin Sokorta adasını ələ keçirməsindən və yerli hakimiyyəti bölgədən çıxarmasından sonra BƏƏ-nin adadakı fəaliyyətini diqqətə çatdıran Kıyzan deyib: “BƏƏ Sokorta adasında Yəmən hökumətinin xəbəri olmadan adaya xarici mütəxəssislər daşıyan uçuşlar təşkil eləmək və ya onlara Yəmən torpaqlarına daxil olmaq üçün viza vermək kimi şübhəli fəaliyyətlə məşğuldur”.

Yəməndə baş verən böhranla əlaqədar hökumət qüvvələrinə dəstək vermək üçün 2015-ci ildə Səudiyyə Ərəbistanının liderliyi ilə yaradılan koalisiyanın bölgədə heç nə etmədiyini bildirən Kıyzan deyib: “Koalisiya qüvvələri Husilərin qiyamını yatırmaq və paytaxt Sanada yenidən qanuni hökuməti bərqərar eləmək üçün gəlmişdilər. Təəssüf ki, üzərindən 6 ilə yaxın vaxt keçməsinə rəğmən, bu baş vermədi”.