Yəməndə toy evinə mərmi atıldı, ölənlər və yaralananlar var

327

Hurriyyet.org xəbər verir ki, Yəmənin Hudeyde şəhərində toy evinə top mərmisi atılması nəticəsində 5 nəfər qadın həlak olub, 7 qadın isə yaralanıb.

Yəmən ordusuna tabe olan Amalika Briqadalarının açıqlamasında hücumun Hudeyde şəhərinin şərqini nəzarətdə saxlayan Husilər tərəfindən həyata keçirdiyi bildirilir.

Husilərin SABA agentliyinin xəbərində isə, hücumun arxasında Yəmən hökumətini dəstələyən qüvvələr  tərəfindən edildiyi deyilir.

Hudeyde şəhərinin mərkəzi Husilərin, cənub və şərq girişləri isə hökumət qüvvələrinin nəzarətindədir.