Yəməndə partlayış baş verib, dinc sakinlər həlak olub

237

Hurriyyet.org xəbər verir ki, Yəmənin Hudeydə şəhərində baş vermiş partlayış nəticəsində 5 nəfər dinc vətəndaş həlak olub, 7 nəfər yaralanıb.

Yəmən ordusunun yazılı açıqlamasında deyilir: “Husilərin Hudeydedənin cənubundakı Ət-Tuhayta və Əl-Huha məntəqələrini bir-biri ilə birləşdirən torpaq yola yerləşdirdikləri partlayıcının işə düşməsi nəticəsində,  biri qadın, biri kiçik qız olmaqla 5 nəfər həlak olub, 7 nəfər yaralanıb”.

Açıqlamada mülki vətəndaşları daşıyan avtobusun hücuma tuş gəlməsi nəticəsində yaralananların bəzilərin vəziyyətinin ağır olduğu bildirilir.

Husilər hələlik ittihamla bağlı açıqlama verməyiblər.

Husi milislər Hudeydə şəhər mərkəzi ilə strateji əhəmiyyətə malik limana, hökumət qüvvələri isə şəhərin cənub və şərq girişlərinə nəzarət edirlər.