Yəmən ordusu: “Min nəfərdən artıq husi öldürüldü”

66

Hurriyyet.org xəbər verir ki, Yəməndə bu ilin sentyabr ayı ərzində ordu ilə İranın dəstəklədiyi Husilər arasındakı döyüşlər zamanı 1000 nəfərdən artıq husi döyüşçüsünün öldürüldüyü bildirilir. Bu barədə açıqlamanı Yəmən ordusu verib.

Husilər bununla bağlı açıqlama verməyiblər.

2014-cü ilin sentyabr ayından bəri Husilər paytaxt Sana da daxil olmaqla Yəmənin bir sıra rayonlarında nəzarəti ələ keçiriblər. 2015-ci ilin mart ayından bəri Səudiyyə Ərəbistanının başçılıq elədiyi koalisiya qüvvələri Yəmən hökumətini dəstəkləməkdədirlər.