Yəmən hökuməti husilərin terrorçular siyahısına salınmasını tələb edib

237

Hurriyyet.org xəbər verir ki, Yəmən hökuməti İranın dəstəklədiyi husilərin təcili şəkildə terror siyahısına salınmasını tələb edib.

Yəmən mətbuatının verdiyi xəbərə görə, Yəmənin vitse-prezidenti Əli Möhsün Salih Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin müdiri Devid Şenker ilə görüşüb.

Salih husiləri Yəmən və Səudiyyə Ərəbistanının şəhərlərinə ballistik raketlərlə və silahlı dronlarla hücum eləməkdə ittiham edib, onların cəzalandırılmalı və terror təşkilatları siyahısına salınmalı olduğunu bildirib.

Husilər məsələ ilə bağlı hələlik bir açıqlama verməyiblər.