Yəhudi icması Ali Baş Komandana müraciət edib

72

Yəhudi icması Ali Baş Komandana müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə deyilir:

“Şanlı Azərbaycan Ordusunun, ən az canlı  itki verməklə, tam qələbəsi üçün dualar edirik!

Hörmətli Prezident,

Cənab İlham Əliyev

Beynəlxalq qanunlar əsasında Azərbaycan Respublikasının ərazi bütöluyunu təmin etmək üçün başladığınız Zəfər yürüşündə Sizə uğurlar arzulayırıq! Tək Yaradan  Sizə yar olsun! Sizin rəhbərliyinizlə, Şanlı Azərbaycan Ordusunun erməni işğalçılarından Qarabağı təmizləməklə  Azərbaycanın ərazi bütövlüyünün təmin edəcəyinə, tezliklə qələbə çalaraq, Beynəlxalq  hakkı bərpa edəcəyinə inanırıq!

Müharibə itkisiz olmur. Şəhidlərimizə rəhmət diləyirik! Qazilərimizə şəfalar arzulayırıq! Sizin müdrik rəhbərliyinizlə, Şanlı Azərbaycan Ordusunun, ən az canlı  itki verməklə, tam qələbəsi üçün dualar edirik!

Hörmətlə,

Oğuz Yəhudi Dini İcması adından sədr Şirin Şuminov”.

Musavat.com