XƏYALLAR GERÇƏKLƏŞİR – Uçan taksilərin istifadəyə veriləcəyi tarix açıqlandı

    12

    “NASA” ilə “UBER” ABŞ şəhərlərinin səmalarında uçan taksilərin kəşf edilməsi barədə müqavilə imzalayıb. UBER 2020-ci ildə uçan taksilərin şəhər içində hərəkət etməyini hədəfləyir.

    NASA-nın açıqlamasına görə Uber ilə uçan taksilərin kəşf edilməsi mövzusunda razılığa gəlinib.

    Açıqlamada UBER istifadəçilərinin istifadə etdiyinə bənzər bir sistemin kiçik təyyarələrə tətbiq olunması üçün kollektiv istifadə şəbəkəsinin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

    Qeyd edək ki, Los Ancelesdə 2020-ci ildə uçmağı planlaşdırılan uçan taksi prototipləri nümayiş olunur. \\Moderator.az