“Xocalı qurbanlarını rəhmətlə anıram” – Əkrəm İmamoğlu

    12

    “Allah Azərbaycan xalqına bir daha belə faciə yaşatmasın”.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı “Twitter”də paylaşım edib.

    “Xocalıda qətlə yetirilən Azərbaycan türkü olan qardaşlarımızı rəhmətlə anıram. Duamız odur ki, Allah bir daha belə faciə yaşatmasın”, – deyə Ə. İmamoğlu qeyd edib.