Xocalı soyqırımını törədən xalqın nümayəndəsi olan baş nazir Yezidi soyqırımını insanlığa qarşı ağır cinayət adlandırdı – PAŞİNYAN MƏLƏK SİMASINDA

105

Ermənistanın Baş naziri Nikol Paşinyan Sinjar soyqırımının ildönümü münasibətilə Ermənistanın Yezidi icmasına müraciət edib. Hurriyyet.org həmin müraciəti təqdim edir:

‘Ermənistanın Yezidi icmasının əziz bacı və qardaşları!

Bu gün bəzi terror təşkilatlarının törətdiyi Sinjardakı Yezidi xalqına qarşı soyqırımının ildönümünü qeyd edirik. Həqiqətən, Yezidi xalqına qarşı baş verən faciə insanlığa və sivil dünyaya qarşı ağır bir cinayətdir. Kədərinizi bölüşürük və ürəkdən həmrəyliyimizi ifadə edirik.

Ermənistanın Yezidi icmasına, bütün Yezidi ailələrinə səbr və mənəvi güc diləyirəm. Bir təsəlli olaraq, həmişə vətənində, Ermənistan Respublikasında etibarlı və qorunan gələcəyinizin və geniş bir inkişaf sahəsinin olduğunu unutmayın”.

Qeyd edək ki, tarixi faktlarla sübut olunmuş 31 Mart azərbaycanlıların soyqırımı və bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törədən erməni nümayəndəsi Paşinyan adlı birinin Yezidi xalqına qarşı baş verən soyqırımı faciə, insanlığa və sivil dünyaya qarşı ağır bir cinayət kimi qiymətləndirməsi gülünc doğurur.

Hurriyyet.org