Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.
Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.