Xırdalanda SİLAHLI İNSİDENT

63

Abşeron rayonu Xırdalan şəhərində silahlı insident baş verib.
Göyçay sakini, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Zərərçəkmişin qardaşı Kamilin APA-ya verdiyi məlumata görə, Ramil Şirəliyev “Tir” tüfəngi ilə ehtiyatsız davranan zaman açılan atəş nəticəsində xəsarət alıb.
Hazırda o, xəstəxanada cərrahi əməliyyat olunur və vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. \\Modern