XİN: Gürcüstan Azərbaycan-Ermənistan dialoqunu dəstəkləyir

63

“Gürcüstan ümid edir ki, Azərbaycan və Ermənistan arasında atəşkəs barədə əldə olunmuş razılıq münaqişənin tam həllinə imkan verəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın tərəflər arasında dialoqu dəstəklədiyi qeyd olunub: “Eyni zamanda beynəlxalq ictimaiyyətlə birgə sülh prosesinin həyata keçirilməsinə dəstək olmağa hazırlığımızı ifadə edirik. Əminik ki, beynəlxalq ictimaiyyətin fəal səyləri və çoxtərəfli beynəlxalq mexanizmlərin tətbiqi bütövlükdə bölgə üçün yeni imkanlar açacaq, dayanıqlı sülhün bərqərar olmasına gətirib çıxaracaq”.