XİN: Azərbaycan terrorun bütün forma və təzahürlərini pisləyir

42

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını anıb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində bildirilib.

“Terror Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə terror qurbanlarını ehtiramla anırıq. Erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan terrorizmi hər cür formada və təzahürdə qətiyyətlə pisləyir və onunla mübarizə səylərini dəstəkləyir!”, – qeyd olunub.