Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin yeri dəyişib

    6

    Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti Qazaxıstanın Mangistau vilayətinin inzibati mərkəzi olan Aktau şəhərində keçiriləcək.

    Hurriyyet.org-un apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinin rəhbəri Yeralı Tuqcanovla görüşdə məlumat verib.

    Qazaxıstan prezidentinin mətbuat xidmətindən bildirilib ki, N. Nazarbayev sammitə ciddi hazırlıq aparılması barədə göstəriş verib.

    Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bir müddət əvvəl Xəzəryanı ölkə başçılarının sammitinin bu ilin avqustunda keçiriləcəyini bildirmiş, Qazaxıstan XİN isə sammitin paytaxt Astanada keçirilə biləcəyini açıqlamışdı.

    Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair işçi qrupunun sonuncu iclası bu il mayın 21-24-da Astanada keçirilib.