Xəzərə düşən hərbi təyyarəmiz TAPILDI

    15

    Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

    Hurriyyet.org xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

    Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

    Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.