Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı – YENİLƏNİB

    3

     

    Fövqəladə Hallar Nazirliyi dənizdə tapılan meyitlərlə bağlı məlumat yayıb.

    Hurriyyet.org-un FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.

    ***

    Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

    Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

    Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

    ***

    Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

    Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.