Xəzərdə 2 qadın və 2 azyaşlının meyiti tapıldı

    3

    Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib.

    Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib.

    Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-i qadın, 2-i isə azyaşlıdır.

    Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.