Özgecan Aslanın qatilləri həbsxanada öldürüldülər

    3

    Xeyli müddət Türkiyənin gündəmini zəbt etmiş Özgecan Aslanın ölümündə günahkar bilinərək həbs edilən şəxslər həbsxanadaca öldürülüblər. Hadisə ilə bağlı cinayət işi qaldırlıb.
    Mərsin Universitetinin tələbəsi Özgecan Aslanı vəhşicəsinə öldürən və cəzalarını ciddi rejimli islah koloniyasında çəkən Əhməd Altındökən və atası Nəcməttin Altıntökən həbsxanada öldürülüblər.
    Xatırladaq ki, Türkiyədə 3 nəfər tərəfindən zorlanan, sonra vəhşicəsinə öldürülərək yandırılan Özgecan Aslanın qətli ölkədə böyük səs-küyə səbəb olmuşdu.