“Xətai rayonundan tutmuş əksər rayonlarda hər gün  Yezidin nəvələri suyu kəsirlər” – ELŞAD MUSAYEV

114

“Ümumdünya Səhiyyə Təşkilatı da, dövlət rəhbərləri də, Operativ Qərərgah da, həkimlərimiz də, bir sözlə, ağlı kəsən hər kəs koronavirus pandemiyası ilə mübarizədə birinci şərt kimi şəxsi gigiyena qaydalarına əməl etməyi, ilkin olaraq da əlləri tez-tez yumağı tövsiyyə edir. Çox gözəl. Bunun üçün də ilk şərt suyun olmasıdır. Bakı şəhərinin Xətai rayonundan tutmuş əksər rayonlarında hər gün  Yezidin nəvələri suyu kəsirlər, bəzi yerlərdə ümumiyyətlə 2-3 gün su verilmir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd edib.

“Bakıda su qıtlığı yaratmaqla, yuxarıda göstərilən rəhbər şəxslər birbaşa təxribat törədirlər”

Musayev diqqətə çatdırıb ki, Bakı şəhər və rayon İcra Hakimiyyəti başçıları, “Azərsu” ASC rəhbərliyi və yerli şöbə rəhbərləri Bakı şəhərində içməli su çatışmazlığına görə birbaşa məsuliyyət daşıyırlar: “Eyni zamanda, yayın istisində, koronavirusun tüğyan etdiyi bir zamanda paytaxt Bakıda su qıtlığı yaratmaqla, yuxarıda göstərilən rəhbər şəxslər birbaşa təxribat törədir, pandemiyanın daha sürətlə yayılmasına şərait yaradırlar. Məhz buna görə də, sərt surətdə cəzalanmağı haqq edirlər”.

Şamo EMİN, Hurriyyet.org