Xərçəng xəstəsi olan qadın özünü quyuya atdı – Masallıda DƏHŞƏT

    6

    Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.

    Hurriyyet.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.

    Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb. 

    V.Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.