Xələf Xələfov: “Bu məsələnin razılaşdırılmasına çox yaxınıq”

    3

    “Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır. Bunun üzərində iş davam edir”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

    O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib: “Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq”./apa/