Cəbhə bölgəsindəki 28 məktəbdə dərslər dayandırılıb

    9

    xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov son günlərdə Dağlıq Qarabağ bölgəsində vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, insan həyatlarını təhlükəyə atmamaq üçün 28 məktəbdə tədris prosesinin dayandırıldığını bildirib. Nazir müavini onu da bildirib ki, Erməni Silahlı Qüvvələrinin Ağdam rayonuna atdığı mərmi Sarıcalı kənd məktəbinə düşərək, binanı tam yararsız vəziyyətə gətirib. Hadisə dərs zamanı baş vermədiyindən heç kim zərər çəkməyib.