Rusiya, Azərbaycan və İran nəqliyyat dəhlizi üzərində işə başlayacaqlar

    3

    xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov bu məlumatı mətbuata açıqlamasında bildirib: “Rusiya, Azərbaycan və İran Xəzərin qərb sahili boyunca nəqliyyat dəhlizi layihəsinin gerçəkləşdirilməsində konkret addımlar atmaq barədə razılığa gəlib”. Lavrov daha sonra əlavə edib: “Əməkdaşlığın maddi sahəsi ilə bağlı məsələləri nəzərdən keçirmişik”. “Azərbaycan-İran-Rusiya arasında yeni formatda danışıqlıqlar başlanıb. Bura yüksək səviyyəli görüşlər də daxildir. Bu görüşlər müxtəlif istiqamətlərdə məhsuldar əməkdaşlığın olacağından xəbər verir”. Azərbaycan XİN-nin rəhbəri Elmar Məmmədyarov üçtəfəli görüşdən sonrakı açıqlamasında iri layihələrin reallaşdırılması, regional əməkdaşlıq məsələləri barədə müzakirələr getdiyini bildirib. İran xarici ilər naziri Məhəmməd Zərif aprelin 20-də Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu xəttinin təqdimatının keçiriləcəyini bildirib.