Şamaxıda zəlzələ oldu

    6

    xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Azərbaycanda zəlzələ olub. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 19 may 2016-ci il tarixində, Bakı vaxtı ilə saat 02:44-də Pirquludan 22 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrdə 3 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.