Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq

    6

    Xəbər verdiyimiz kimi Azərbaycanla Türkiyə arasında “Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb. Fins.az-ın məlumatına görə, bu sazişə əsasən, azərbaycanlı sürücülər öz vəsiqələri ilə Türkiyədə sərbəst şəkildə avtomobil sürə biləcək. Sazişi Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.